
Bakı şəhərinin Nizami rayonu, M.Əliyev küçəsində yerləşən şadlıq evinin anbar hissəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
***
09:48
Bakıda yanğın baş verən obyektin "Neolit" restoranı olduğu müəyyənləşib.
Yanğın restoranın anbarında baş verib.
Hazırda FHN qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
***
Bakıda obyekt yanır.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.