XƏBƏRLƏR / Hadisə

Ləkidə qatar avtomobillə toqquşub, 3 nəfər yaralanıb

"Azərbaycan Dəmir Yolları" QSC hadisəni təsdiq edib

Ləkidə qatar avtomobillə toqquşub, 3 nəfər yaralanıb
arxıv
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Hadisə Ləki qəsəbəsi ərazisində yerləşən və avtomobillər üçün nəzərdə tutulmuş dəmiryolu keçidində baş verib.

    Hadisə nəticəsində “Mercedes” markalı avtomobildə olan 1994-cü il təvəllüdlü Emil Lətifov, 1988-ci il təvəllüdlü Ceyhun Şirinov və 1996-cı il təvəllüdlü Pərvin Xasməmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

    "28 may saat 23:55 radələrində Ləki stansiyasının ərazisində yük qatarı hərəkətdə olarkən “Mercedes” markalı minik avtomobili dəmiryol keçidinin bağlı vəziyyətdə olmasına baxmayaraq, dəmiryol keçidindən istifadə qaydalarını pozaraq qatara çırpılıb."

    Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

    ADY bir daha sürücüləri dəmiryol keçidlərinə yaxınlaşarkən qaydalara ciddi əməl etməyə çağırır. Dəmiryol keçidlərinə yaxınlaşarkən sürücülər yol kənarındakı işarələrə diqqət yetirməli, sağa və sola baxaraq qatarın gəlmədiyinə əmin olduqdan sonra yola davam etməlidirlər.