07:00
ABŞ-ın Nyu-York şəhərindəki binanın çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.
Bu barədə CNN yanğınsöndürmə komissarı Lillian Bonsinoreyə istinadən xəbər verib.
Onun sözlərinə görə, hadisə nəticəsində yeddi uşaq da daxil olmaqla 19 nəfər yaralanıb. Yaralılardan dördünün vəziyyəti ağır, 12 nəfərin vəziyyəti isə sabitdir.
***
ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda üçmərtəbəli binanın çökməsi nəticəsində azı bir nəfər ölüb, daha 10 nəfər yaralanıb.
CNN xəbər verir ki, bu barədə yanğınsöndürmə xidmətinin nümayəndəsi bildirib.
Məmurun sözlərinə görə, bir nəfər dağıntılar altında qalıb, dörd nəfər ağır yaralanıb.
Hadisəni Nyu-Yorkun Binalar Departamenti araşdırır, axtarış-xilasetmə əməliyyatında dronlardan istifadə olunur.
***
ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda üçmərtəbəli bina qismən uçub.
Bu barədə CNN Nyu-Yorkun Yanğın Departamentinə istinadən məlumat yayıb.
Məlumata görə, bina əsasən yaşayış massivi olan Bruklinin cənubundakı Fletbuş məhəlləsində yerləşir. Uçqun yerli vaxtla saat 16:00 radələrində (Bakı vaxtı ilə saat 01:00) baş verib.
Xilasedicilər hazırda dağıntılar altında insanların ola biləcəyi üçün axtarış-xilasetmə əməliyyatı aparırlar. Hadisə zamanı azı iki nəfər xəsarət alıb və tibbi yardım üçün həkimlərin nəzarəti altındadır.
1 dəqiqə