XƏBƏRLƏR / Hadisə

İzmirdə fabrikdə partlayış: 10 ölü, 15 yaralı VİDEO

YENİLƏNİB

İzmirdə fabrikdə partlayış: 10 ölü, 15 yaralı VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 18:06

    Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda ölənlərin sayı 10-a çatıb.

    Bu barədə İzmir Valiliyi məlumat yayıb.

    Hadisə nəticəsinə 15 nəfərin yaralandığı bildirilir.

    Baş vermiş partlayışla əlaqədar cinayət işi açılıb.

    ***

    16:06


    İzmirdə fabrikdə baş verən partlayış nəticəsində ölənlərin sayı altıya çatıb.

    Bu barədə İzmir Valiliyinin açıqlamasında bildirilib.

    Üçü ağır olmaqla 13 nəfər yaralanıb, dağıntılar altında qaldığı ehtimal edilən 8 nəfərin axtarışları aparılır.

    Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

    İlkin məlumatda partlayışda 3 nəfərin öldüyü,14 nəfərin yaralandığı, dağıntılar altında qaldığı ehtimal edilən 10 nəfərin axtarışlarının aparıldığı açıqlanmışdı.

    VİDEO

    ***

    15.15

    İzmirdə fabrikdə baş verən partlayış nəticəsində 3 nəfər ölüb.

    Bu barədə İzmir Valiliyinin açıqlamasında bildirilib.

    Məlumata görə, partlayışda 14 nəfər yaralanıb. Dağıntılar altında qaldığı ehtimal edilən 10 nəfərin axtarışları davam etdirilir.

    ***

    14.45

    İzmirdə fabrikdə güclü partlayış baş verib.

    Partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb.

    Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb.

    İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var.