Xızı rayon prokuroru avtoqəzada bədən xərarəti alıb FOTO
Xəyalə Aslanova “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olub YENİLƏNİB

14:10
Xızı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün saat 10:30 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına müxtəlif bədən xəsarətləri ilə hospitalizasiya olunan şəxslərə ilkin tibbi yardımlar göstərilib.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, 2 nəfər daha ixtisaslı tibbi xidmət almaq üçün Bakıdakı tibb müəssisəsinə təxliyə olunub.
Xəsarət alanların hər birinin hazırda ətraflı diaqnostik müayinələri aparılır.
***
Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xərarəti alıb.
"Zərərçəkmiş şəxslərin vəziyyəti qənaətbəxşdir və hazırda xəstəxanada müalicələri davam etdirilir. Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır", məlumatda deyilir.