Neft Daşlarında paletli kran dənizə düşüb, ölən var
Bu barədə “Azneft” İstehsalat Birliyindən xəbər verilib

“Azneft” İstehsalat Birliyindən verilən məlumata görə, Neft Daşlarında kran müvazinətini itirərək dənizə düşüb.
Məlumatda qeyd olunur ki, bu gün saat 16:25 radələrində “Neftqazstroy” trestinin 4-cü tikinti-quraşdırma idarəsi tərəfindən “Neft Daşları” neft-qazçıxarma idarəsinin 4-cü neft-qazçıxarma sahəsində aparılan təmir işləri zamanı “Libher Gravleer” markalı paletli kran müvazinətini itirərək dənizə düşüb.
Hadisə nəticəsində krançı Tağıyev Zahid Ramazan oğlu dünyasını dəyişib. Mərhumun cəsədi saat 18:10 radələrində tibbi helikopterlə sahilə çatdırılıb.