XƏBƏRLƏR / Terror

Sankt-Peterburqda polkovnik öz maşınında partladılıb FOTO

Partlayış dalğası nəticəsində ərazidəki binaların şüşələri sınıb

Sankt-Peterburqda polkovnik öz maşınında partladılıb FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sankt-Peterburqda baş verən partlayışda bir hərbçi ölüb.

    Partlayış Kolpinskoye şossesində, "Lenta" mağazasının yaxınlığında baş verib.

    İlkin məlumatlara görə, partlayıcı qurğu avtomobilin altına yerləşdirilib.

    Ölən hərbçinin avtomobilin sükanı arxasında olduğu bildirilib. Onun polkovnik olduğu açıqlanıb.

    Şahidlərin sözlərinə görə, partlayış dalğası nəticəsində ərazidəki binaların şüşələri sınaraq yolun kənarına səpələnib.

    Bu, son üç ayda Sankt-Peterburqda baş verən ikinci hərbi partlayışdır. Avqustun 27-də Slavyanka məhəlləsində Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə bölməsinin podpolkovniki və həyat yoldaşını daşıyan avtomobil partladı. Kişi dərhal öldü, qadın isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirildi.