"Crocus"da terror qurbanlarının sayı artıb
Həftənin əvvəlində rəsmilər 180-dən çox itki barədə məlumat vermişdi

"Crocus"da qurbanların sayı artıb.
TASS-ın Fəlakət Təbabəti Mərkəzinə istinadla verdiyi xəbərə görə, "Crocus City Hall"a hücum nəticəsində zərərçəkənlərin sayı 360 nəfərə çatıb.
Həftənin əvvəlində rəsmilər 180-dən çox itki barədə məlumat vermişdi.
“Çərşənbə günü səhərə olan məlumata görə, terror aktı nəticəsində 11-i uşaq olmaqla 360 nəfər xəsarət alıb”, - TASS-dakı mənbə bildirib.
İstintaq Komitəsinin məlumatına görə, konsert salonuna hücum nəticəsində 139 nəfər həlak olub.