ABŞ-da silahlı şəxs səkkiz uşağı öldürüb
Hüquq-mühafizə orqanlarının əməkdaşının sözlərinə görə, qurbanların yaşları 1 yaşdan 14 yaşa qədər olub
ABŞ-ın Luiziana ştatında silahlı şəxs bazar günü səhər saatlarında iki fərqli evdə baş verən atışmada səkkiz uşağı öldürüb - NBC News

Bu barədə Şrivport şəhərin polisi idarəsinin sözçüsü Kris Bordelo məlumat verib.
Bu, son iki ildən çox müddətdə ölkədə baş verən ən ölümcül kütləvi atışmadır.
Məlumata görə hadisənin qurbanları 1-14 yaş arası uşaqlar olub. Bordelo hadisə zamanı 10 nəfərin güllələndiyini və uşaqlardan bəzilərinin atəş açan ilə qohum olduğunu deyib.
Silahlı şəxs daha sonra polislərlə yaşanan qarşıdurma zamanı ölüb.
1 dəqiqədən az