“Türk Axını” qaz kəmərində təxribat cəhdi
Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç məlumat verib
Serbiya-Macarıstan sərhədi yaxınlığında “Türk Axını” qaz kəmərində təxribat cəhdinin qarşısı alınıb.
Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç məlumat verib.
"İki çanta və çubuq şəklində iki böyük partlayıcı paket tapıldı. Biz həmçinin digər izlər də aşkarladıq. Mən Macarıstanın Baş naziri Viktor Orbanla vəziyyət barədə danışdım. Çünki burada fasilə olsaydı, Macarıstan qazsız qalardı və Serbiyanın şimalında qaz çatışmazlığı yaşadıq", - Vuçuç deyib.
Məlumata gör Serbiyanın şimalındakı Kanjia bələdiyyəsi yaxınlığında, Macarıstan sərhədində “Türk Axını” qaz boru xəttinin Balkan hissəsində partlayıcı qurğular aşkarlanıb.
1 dəqiqədən az