Türkiyədə 9 il əvvəl 13 polisi şəhid edən 8 şübhəli tutulub
"TRT Haber" məlumat yayıb
PKK terrorçuları tərəfindən mikroavtobusun keçidi zamanı uzaqdan idarə olunan bombanın işə salınması nəticəsində 13 polisin şəhid olduğu hücumla bağlı Iğdır Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində əməliyyat keçirilib. Hadisə 9 il əvvəl Dilucu Sərhəd Qapısında baş vermişdi.
Bu barədə "TRT Haber" məlumat yayıb.
İğdırda səhər saatlarında keçirilən əməliyyatda aralarında DEM Partiyasının İşdır sədri Mehmet Səlcuqun da olduğu 8 şübhəli saxlanılıb.
Polis qrupları DEM Partiyasının İğdırdakı Baş qərargahında axtarış aparır.