XƏBƏRLƏR / Terror

Makronun Dəməşqdə qaldığı hotelin yanında partlayışlar FOTO

18 nəfər yaralanıb

Makronun Dəməşqdə qaldığı hotelin yanında partlayışlar FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 13:10

    Suriyanın paytaxtı Dəməşqdə Fransa Prezidenti Emmanuel Makronun qaldığı hotelin yaxınlığında baş verən iki partlayış nəticəsində 18 nəfər xəsarət alıb.

    “SANA” xəbər verir ki, xəsarət alanlardan 4 nəfəri polis əməkdaşıdır.

    ***

    11:56

    Dəməşqdə Fransa Prezidenti Emmanuel Makronun qaldığı hotelin yaxınlığında əldəqayırma partlayıcı qurğular partlayıb.

    Çərşənbə axşamı Fransa prezidenti Emmanuel Makronun Suriyaya səfəri zamanı qaldığı Dəməşqdəki "Four Seasons" hotelində iki partlayış baş verib.

    "Əl-Ərəbiyyə"nin məlumatına görə, partlayışların səbəbi hazırda məlum deyil.

    Həmçinin bildirilib ki, Makronun korteji partlayışdan bir müddət əvvəl hoteldən çıxıb.

    Fransa Prezidenti dünən axşam rəsmi səfərlə Dəməşqə gəlib.