Rusiyada terror aktına cəlb edilən yeniyetmələr həbs edilib
Rusiyada terror aktına cəlb edilən yeniyetmələr həbs edilib
Rusiya Federasiyasının Krasnodar diyarından olan iki yeniyetmə, o cümlədən yetkinlik yaşına çatmayan şəxs, terror aktına hazırlıq üzrə cinayət işinin iştirakçısı olub.
Bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Onlar Tuapsedəki inzibati binalardan birində partlayış törətməyi planlaşdırırdılar.
İş materiallarına görə, martda Kubanın 18 yaşlı sakini sosial şəbəkədə terror təşkilatlarından birinin üzvü ilə yazışmaya başlayıb. Kurator yeniyetməyə 300-500 dollar müqabilində özüyığma bomba hazırlamağı təklif edib, o da tapşırığın icrasına 17 yaşlı tanışını cəlb edib.
Həmçinin istintaq komitəsinin iddialarına görə, kuratorun tapşırığı ilə yeniyetmələr hərbi obyektin çəkilişini aparıb, mühafizənin və videomüşahidə kameralarının yerləşməsi barədə məlumatları ötürüblər. Bundan sonra yeniyetmələrdən birinin hesabına 30 dollar daxil olub.
Cinayətin qarşısı FTX əməkdaşları tərəfindən alınıb. Saxlanılanlar barəsində RF CM-nin 205-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi, 30-cu maddəsinin 1-ci hissəsi üzrə iş qaldırılıb. İstintaqda əlavə ediblər ki, dindirilmə zamanı yeniyetmələr günahlarını etiraf ediblər. Məhkəmə onları istintaq təcridxanasına göndərib.
1 dəqiqə