Türkiyə Reyhanlı terrorunu törədən suriyalını saxlayıb
Bu barədə "TRT Haber" məlumat yayıb
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Reyhanlıda terror aktını törədənlərdən daha birini saxlayıb.
Bu barədə "TRT Haber" məlumat yayıb.
2013-cü ildə Reyhanlıda terror aktını törətməkdə təqsirləndirilən suriyalı Ömər əl-Hatip Türkiyə kəşfiyyatı tərəfindən saxlanılıb.
Qeyd edək ki, 2013-cü il mayın 11-də Türkiyənin Hatay bölgəsinin Reyhanlı rayonunda törədilən iki ayrı-ayrı terror aktı nəticəsində 53 nəfər ölüb, çox sayda mülki şəxs yaralanıb.
1 dəqiqədən az