XƏBƏRLƏR / Terror

Hindistandakı dəhşətli terror aktı Ermənistanda hazırlanıb

Bu barədə nüfuzlu "Hindustan Times" qəzeti yazır

Hindistandakı dəhşətli terror aktı Ermənistanda hazırlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Hindustan Times"-ın məlumatına görə, Hindistanda səs-küylü terror aktlarından biri - Pəncabda polis məntəqəsinin partladılması (dekabr 2024-cü il) bir çox ölkələrdə terrorçu kimi tanınan "Babbar Khalsa International" təşkilatının silahlılarının iştirakı ilə hazırlanıb.

    Maraqlısı budur ki, silahlılar Ermənistanda təlim keçiblər, oradan silah və partlayıcı maddələri də əldə ediblər. Onlardan biri, Abhiyot Singh, şəxsən onları Hindistana gətirib. İkincisi, Şamşer Sinq İrəvandan Hindistana silah-sürsatın göndəriləsini koordinasiya edib.