XƏBƏRLƏR / Terror

Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edilib

Bu barədə Özbəkistan DTX-nin mətbuat xidməti məlumat yayıb

Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Özbəkistanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “İslam Dövləti” beynəlxalq terror təşkilatının tərkibinə daxil olan “Vilayət Xorasan” qrupunun fəaliyyətini üzə çıxarıb.

    Bu barədə Özbəkistan DTX-nin mətbuat xidməti məlumat yayıb.

    “Dövlət Təhlükəsizliyi Xidmətinin daxili işlər orqanları ilə birgə keçirdiyi əməliyyat tədbirləri zamanı Namanqan şəhərində “İslam Dövləti-Xorasan” beynəlxalq terror təşkilatının məxfi yuvası üzə çıxarılıb. Qrupun 16 üzvünə məxsus yaşayış evlərində axtarışlar aparılıb, 37 mobil rabitə vasitəsi, DVD disklər, 4 fleş disk, o cümlədən noutbuk və planşet götürülüb”, - məlumatda deyilir.

    Agentliyin məlumatına görə, qrupun təşkilatçısı teleqram messencerində ümumilikdə 120-dən çox iştirakçının daxil olduğu virtual kanallar və qruplar yaradıb. Orada ekstremist materiallar paylanılıb.

    "Hazırda qrupun təşkilatçısı və 3 fəal üzvü barəsində cinayət işi açılıb, həbs-qətimkan tədbiri seçilib. Qrupun qalan üzvləri barəsində də istintaq hərəkətləri aparılır", - məlumatda bildirilir.