Ukraynanın Lvov şəhərində terrorçu qadın tutuldu
Bu barədə Ukrayna polisi məlumat yayıb YENİLƏNİB/FOTO/VIDEO
19:47
Lvovda bomba qoyulması və həbsinin VİDEOsu yayılıb.

Yeni görüntülərdə qadının hücumdan əvvəl partlayıcı maddələri yerləşdirdiyi, eləcə də həbs olunma anı görünür.

Polisin məlumatına görə, o, Rusiya kəşfiyyat orqanlarının təlimatları ilə hərəkət edib və əldəqayırma partlayıcı qurğuları özü hazırlayıb.
***
12:38
Ukraynanın daxili İşlər naziri İqor Klimenkonun sözlərinə görə, polis Lvov partlayışını törədən şübhəli qadını saxlayıb.

***
09:40
Lvovda terror aktı: 24 nəfər yaralanıb, 23 yaşlı polis məmuru Viktoriya Şpilka həlak olub.

▪️Gecə saat 00:30-da polis Lvov şəhərinin mərkəzindəki mağazaya soyğunçuluq barədə yalan məlumat alıb;
▪️Hadisə yerinə bir heyət gəlib partlayış səsi eşidib. İkinci heyətin gəlişi ilə başqa bir partlayış baş verib;

▪️23 yaşlı polis məmuru həlak olub. Patrul maşınına ziyan dəyib. 24 nəfər yaralanıb, çoxunun vəziyyəti ağırdır;
▪️Polis həmçinin bildirib ki, Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsinin 2-ci hissəsi – ağır nəticələrə səbəb olmuş terror aktı maddəsi üzrə cinayət işi açılıb;
▪️Məhkəməyəqədərki istintaq Lvov vilayətindəki SBU (Ukrayna Təhlükəsizlik Xidməti) İdarəsi tərəfindən aparılır;
▪️ Polisin məlumatına görə, ilkin araşdırma nəticəsində partlayışların əldəqayırma partlayıcı qurğuların işə düşməsi nəticəsində baş verdiyi müəyyən edilib.
1 dəqiqə