PKK Türkiyədən tamamilə çəkildiyini açıqlayıb
Bununla bağlı terror təşkilatı açıqlama yayıb
16:40
PKK terror təşkilatı İraqın Türkiyə ilə sərhəddə Zap və Metina bölgələrindəki düşərgə və mağaralardan da çıxacaq.
NTV xəbər verir ki, bu barədə PKK nümayəndələrinin İraqın şimalında yaydığı açıqlamada bildirilib.
Qeyd olunur ki, sərhəd bölgələrində münaqişə riski yaradan mümkün təxribatlara şərait yaradan mövqelərdə də oxşar addımlar atılır.
Həmin ərazilər Türkiyə Silahlı Qüvvələrinin 2019-cu il mayın 27-dən etibarən fəal hərbi əməliyyatlar apardığı yerləri də əhatə edir.
Qeyd edək ki, daha əvvəl PKK Türkiyədən tamamilə çıxdığını bildirib.
***
12:55
PKK terror təşkilatı Türkiyədən tamamilə çəkilir.
Türkiyə mətbuatı xəbər verir ki, bununla bağlı terror təşkilatı açıqlama yayıb.
Qeyd edək ki, terrorsuz Türkiyə prosesinin ən konkret addımı iyulun 11-də İraq Kürd Regional İdarəsinin sərhədləri daxilində yerləşən Süleymaniyyə şəhərində atılıb.
Türkiyənin Milli Təhlükəsizlik Təşkilatının (MİT) koordinasiyasında planlaşdırılan və diqqətlə izlənilən toplantı üçün Diyarbakırdan 150 nəfərlik qrup Şimali İraqa yola düşüb. Heyətdə Türkiyədə fəaliyyət göstərən DEM Parti müxalif partiyasının nümayəndə heyəti və bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələri də yer alıb.
PKK terror təşkilatının ilk qrupu iyulun 11-də silahlarını təhvil verərək yandırıb. Tərksilah olanlar arasında PKK rəhbərlərindən biri Bese Hozat da olub.
1 dəqiqə