XƏBƏRLƏR / Terror

Türkiyədə 4 vilayətdə terror əməliyyatı aparıldı

28 şübhəli yaxalanıb

Türkiyədə 4 vilayətdə terror əməliyyatı aparıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin dörd vilayətində İŞİD-ə qarşı həyata keçirilən "BOZDOĞAN-47" əməliyyatlarında 28 şübhəli yaxalanıb. Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "X" hesabında yazıb.

    "Təhlükəsizlik Baş İdarəsi Kəşfiyyat İdarəsi və Terrorla Mübarizə İdarəsinin koordinasiyası ilə polislər Adana, Bursa, İstanbul və Manisada İŞİD terror təşkilatına qarşı əməliyyat keçirib.

    Son terrorçu zərərsizləşdirilənə qədər tərəddüd etmədən, dualarınız və dəstəyinizlə mübarizəyə davam edəcəyik.

    Əməliyyatları həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm. Allah ayağınıza daş dəyməsin. Millətimizin duaları sizinlədir".