XƏBƏRLƏR / Terror

Ömürlük dustaqlardan biri özünü öldürüb

Yusufzoda Yakubcon "Crocus" terrorunda ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilmişdi

Ömürlük dustaqlardan biri özünü öldürüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Crocus" terrorunda ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilən Yusufzoda Yakubcon intihar edib.

    Bu barədə Rusiya Federal Penitensiar Xidmətin Moskva üzrə Baş İdarəsindən RBK-ya məlumat verilib.

    Bildirilib ki, 37 yaşlı Yusufzoda Yakubcon "Matrosskaya Tişina" istintaq təcridxanasında intihar edib. Bir neçə saat ərzində reanimasiya tədbirləri görülüb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.