XƏBƏRLƏR / Terror

İraqın şimalında 17 terrorçu öldürülüb

Bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb

İraqın şimalında 17 terrorçu öldürülüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Silahlı Qüvvələri İraqın şimalında keçirdikləri növbəti əməliyyatı nəticəsində PKK terror qruplaşmasının 17 üzvünü öldürüblər.

    “TRT Haber”ə görə, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

    Bildirilib ki, Türkiyə hərbçilərinin İraqın şimalındakı “Pençe-Kilit” bölgəsində keçirdikləri antiterror əməliyyatı nəticəsində 17 terrorçu öldürülüb.