XƏBƏRLƏR / Terror

İsmayıl Haniyənin dəfn mərasimi Dohada olacaq YENİLƏNİB

Vida mərasimi isə Tehranda baş tutacaq

İsmayıl Haniyənin dəfn mərasimi Dohada olacaq YENİLƏNİB
İsmayıl Haniyə
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 14:06

    Tehranda öldürülən HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin dəfn mərasimi avqustun 2-də Qətərin paytaxtı Dohada keçiriləcək.

    TASS xəbər verir ki, bu barədə HƏMAS məlumat yayıb.

    Məlumata görə, vida mərasimi avqustun 1-də İranın paytaxtı Tehranda baş tutacaq

    ***

    12:05

    Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun mərhum rəhbəri İsmayıl Haniyənin dəfn mərasimi sabah Tehranda keçiriləcək.

    Qeyd edək ki, Haniyə vəfat edən zaman Tehranın şimalında hərbi veteranlar üçün nəzərdə tutulmuş xüsusi iqamətgahda olub.