Özbəkistanda MDB ölkələrinin antiterror təlimləri olacaq
Sentyabrın 4-5-də Daşkənddə MDB-nin terrorizm və ekstremizmə qarşı mübarizə üzrə 2-ci konfransı keçiriləcək
Sentyabrın 4-5-də Özbəkistanda MDB ölkələrinin antiterror təlimləri keçiriləcək
MDB ölkələrinin xüsusi orqanlarının “Şərq-Antiterror - 2024” təlimləri sentyabrın 4-5-də Özbəkistanda keçiriləcək.
Birgə təlimlərin əsas məqsədi mühüm infrastruktur obyektlərində və insanların sıx olduğu yerlərdə terror aktlarının müəyyən edilməsi və qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsi zamanı səlahiyyətli orqanların fəaliyyətinin təkmilləşdirilməsidir.
Daşkənddə həmçinin ŞƏT-in Regional Antiterror strukturunun X Beynəlxalq elmi-praktik konfransı və MDB-nin terrorizm və ekstremizmə qarşı mübarizə üzrə II konfransı keçiriləcək.