XƏBƏRLƏR / Terror

Əfqanıstanda silahlı hücum nəticəsində 14 nəfər ölüb

İŞİD bu hücuma görə məsuliyyəti öz üzərinə götürüb

Əfqanıstanda silahlı hücum nəticəsində 14 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əfqanıstanın mərkəzindəki Daykundi əyalətində naməlum silahlı şəxslərin hücumu nəticəsində azı 14 nəfər ölüb, 4 nəfər yaralanıb.

    Bu barədə Əfqanıstanın “TOLOnews” telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.

    Qeyd olunub ki, hücum gün ərzində Daykundi və Qor əyalətlərinin sərhədi yaxınlığındakı aşırımda baş verib.

    Telekanalın məlumatına görə, hücum yerli sakinlər İraqın Kərbəla şəhərindən qayıdan zəvvarları qarşılamağa gedən zaman baş verib.

    "France24" xəbər verib ki, Əfqanıstanın mərkəzində azı 14 şiə müsəlmanın ölümü ilə nəticələnən hücumu İslam Dövləti qruplaşmasının (İŞİD) yerli bölməsi öz üzərinə götürüb. Talibanın rəqibi olan İŞİD qruplaşmasının regional bölməsi şiələri hədəfə alıb.