XƏBƏRLƏR / Terror

Kiyevdə poçtda bağlama partlayıb: 1 ölü, 2 yaralı

Bu barədə "RBK-Ukraine" Kiyev polisinə istinadən məlumat yayıb

Kiyevdə poçtda bağlama partlayıb: 1 ölü, 2 yaralı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyunun 5-i səhər saatlarında Kiyevin Obolon rayonunda yerləşən poçt operatorunun çeşidləmə mərkəzində baş verən partlayış nəticəsində 59 yaşlı kişi ölüb, iki poçt işçisi yaralanıb.

    Bu barədə "RBK-Ukraine" Kiyev polisinə istinadən məlumat yayıb.

    İlkin məlumata görə, partlayış bağlamalardan birinə baxış keçirilərkən baş verib.