XƏBƏRLƏR / Terror

Pakistanda qarşıdurmada dörd təhlükəsizlik işçisi həlak olub

Bunu “Inter Service Public Relations” xəbər verib VİDEO

Pakistanda qarşıdurmada dörd təhlükəsizlik işçisi həlak olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində baş verən qarşıdurmada dörd təhlükəsizlik əməkdaşı həlak olub və üç terrorçu zərərsizləşdirilib.

    Bununla bağlı Pakistan ordusunun informasiya vasitəsi olan “Inter Service Public Relations” (ISPR) məlumat yayıb.

    Bildirilib ki, təhlükəsizlik qüvvələri əyalətin Peşəvər rayonunun Həsən Xel bölgəsində silahlının olması ilə bağlı kəşfiyyat xarakterli əməliyyat keçirib.

    Zərərsizləşdirilən terrorçularda silah və sursat aşkarlanıb.