Erməni Sankt-Peterburqda terror aktları törətmək istəyirmiş
Təhlükəsizlik qüvvələri Harri Azaryanı nəhayət yaxaladılar

Sankt-Peterburqda ekstremist təşkilatın lideri Harri Azaryan saxlanılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, terror aktları, dövlət məmurlarına qarşı sui-qəsdlər, digər ağır cinayətlər üçün planlar hazırlayırmış.
Azaryan uzun müddət kölgədə fəaliyyət göstərib, Sankt-Peterburqun düz ürəyində təxribat işləri aparıb. Təhlükəsizlik rəsmiləri qeyd edir ki, o, sadəcə iştirakçı deyil, təşkilatçı - radikalları koordinasiya edən, onları hakimiyyətə və dinc əhaliyə qarşı yönəldən şəxs idi.
Rusiyanın hökumətyönlü media terrorizm çağırışları çərçivəsində Trotskist kommunist təşkilatı olan “Raboçaya vlast”ın ("Fəhlə hakimiyyəti") tələbə üzvlərinin axtarışları barədə məlumat yayıb.
Aprel ayında "İA Novosti" Sankt-Peterburq Dövlət Universitetində trotskiist tələbələrdən ibarət “Raboçaya Vlast” adlı hücrə haqqında yazmışdı ki, bu da guya “Böyük Britaniyada idarəetmə mərkəzi olan beynəlxalq şəbəkənin” bir hissəsidir.