XƏBƏRLƏR / Terror

Türkiyədə terror təşkilatının 89 tərəfdarı saxlanılıb

Bu barədə daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında bildirib

Türkiyədə terror təşkilatının 89 tərəfdarı saxlanılıb
Ali Yerlikaya
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyənin 6 vilayətində terror təşkilatının 89 tərəfdarı saxlanılıb.

    Bu barədə daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında bildirib.

    Nazir qeyd edib ki, 2 aprel 2024-cü il çərşənbə axşamı Van, Hakkari, Siirt, Batman, Şırnak və İzmir vilayətlərində qanunsuz aksiyalar keçirən, separatçı terror təşkilatını dəstəkləyən şüarlar səsləndirən ümumilikdə 89 şübhəli saxlanılıb.

    “Aprelin 2-də xəbərdarlıqlara baxmayaraq, müqavimət göstərərək, icazəsiz nümayiş keçirdiklərinə, separatçı terror təşkilatına dəstək şüarlar səsləndirdiklərinə, təhlükəsizlik qüvvələrinə daşla hücum etdiklərinə Vanda 26, Yüksekovada 29, Hakkaridə 9, Siirtdə 4, Batmanda 5, Şırnakda 10, İzmirdə 6 şübhəli nəzarət altına alınıb.

    “Təhlükəsizlik qüvvələrimiz ölkəmizin əmin-amanlığı və təhlükəsizliyi naminə yorulmadan fəaliyyətini davam etdirir”, - Yerlikaya “X”dəki hesabında yazıb.