Moskvada yüksək rütbəli general partladıldı VİDEO/FOTO
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Yaroslav Moskalik öldürülüb

KİV-in məlumatına görə, Moskvanın Balaşixa rayonunda avtomobilin partlaması nəticəsində Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Yaroslav Moskalik həlak olub.
Bildirilir ki, Moskalikin yaşadığı binanın girişinin yanında partlayıcı ilə dolu “Volkswagen Golf” markalı avtomobil dayanıb və müşahidə aparılıb.
General binadan çıxanda bomba uzaqdan quraşdırılmış qurğu vasitəsilə partladılıb.
VİDEO
Partlayış nəticəsində Moskalik partlayış dalğası ilə bir neçə metr geriyə atılıb.