XƏBƏRLƏR / Terror

ABŞ ermənilərinin Azərbaycana qarşı təxribatı nəticəsiz oldu

ANKA daşnak təşkilatı "Silk Way" aviaşirkətimizin "EXIM Bank"dan kredit almağa mane olmaq üçün min oyundan çıxdı FOTO

ABŞ ermənilərinin Azərbaycana qarşı təxribatı nəticəsiz oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-ın dövlətə məxsus "EXIM Bank"ının Direktorlar Şurası Azərbaycanın “Silk Way” aviaşirkətinə “Boeing” təyyarələrinin alınması üçün 339 milyon dollar kredit ayrılmasını təsdiqləyib.

    Təyyarələr 2026-cı ilin yayına qədər təhvil veriləcək.

    Qeyd edək ki, ABŞ-dakı ANKA erməni-daşnak təşkilatı "Exim Bank"a dəfələrlə müraciət ünvanlayaraq, "Silk Way" təyyarələrinin güya silah daşıması barədə uydurma bəhanəsi ilə Amerika tərəfini krediti təsdiqləməməyə çağırmışdı.