XƏBƏRLƏR / Terror

Türkiyə ordusu İraqda yeni əməliyyat keçirib

Doqquz terrorçu öldürülüb

Türkiyə ordusu İraqda yeni əməliyyat keçirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pəncə-Kilit” bölgəsində yeni əməliyyat keçirib.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, əməliyyat nəticəsində PKK terror təşkilatının doqquz üzvü öldürülüb.

    Nazirlikdən bildirilib ki, terorrçuların ərazidəki bütün sığınacaqları dağıdılacaq, şəhidlərin qanı yerdə qalmayacaq: “Mübarizəmiz əzm və qətiyyətlə davam edəcək”.