“Crocus”da baş vermiş terrorla bağlı başsağlığı verilib
Baş nazirin müavini Şahin Mustafayev Rusiyanın Azərbaycandakı səfirliyində olub
Baş nazirin müavini Şahin Mustafayev Rusiyanın Azərbaycandakı səfirliyində olub və “Krokus Siti Holl”da baş vermiş terror aktı ilə bağlı başsağlığı kitabına yazı qoyub.
Ş.Mustafayev Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimova başsağlığı verib.
O, zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.
Moskva yaxınlığındakı Krasnoqorskdakı Crocus City Hall konsert zalında terror aktı martın 22-də axşam saatlarında baş verib. Son məlumatlara görə, 139 nəfər ölüb.