Ticarət mərkəzində qətliam törədən cinayətkar məhv edilib
Naməlum təcavüzkar Avstraliyada ticarət mərkəzinə gələnlərə bıçaqla hücum edib: azı 6 nəfər həlak olub
Avstraliyada ticarət mərkəzində qətliam törədən cinayətkar məhv edilib.
Bu barədə Yeni Cənubi Uels ştatının polisi "Facebook"da məlumat yayıb.
İsrail mediası yazır ki, terror aktı İsrail restoranının yaxınlığında baş verib və polis hazırda İsraildə baş verənlərin Sidneydəki insidentlə bağlı olub-olmadığını müəyyənləşdirir.
Qeyd edək ki, naməlum təcavüzkar Sidneydəki "Westfield Bondi Junction" ticarət mərkəzinə gələnlərə bıçaqla hücum edib: azı 6 nəfər həlak olub.
ABC-nin polisə istinadən verdiyi məlumata görə, ticarət mərkəzinə gələnlər təxliyə edilib.