ABŞ terror hücumu haqda Moskvaya ətraflı məlumat veribmiş
Bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi deyib
“Martın 7-də Moskva vaxtı ilə saat 11:15-də biz adi prosedurlara uyğun olaraq və ABŞ-nin əvvəlki hökumətinin dəfələrlə istifadə etdiyi kanallar vasitəsilə Rusiya xüsusi xidmət orqanlarına dəqiq və ətraflı yazılı xəbərdarlıq göndərmişdik”, - bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi deyib.
O qeyd edib ki, Krokus Siti Holldakı terror aktında Ukraynanın iştirakı ilə bağlı Rusiyanın bəyanatları “mənasız təbliğat” və “cəfəngiyyatdır”.
"Dayım deyirdi ki, ən yaxşı peyin satıcıları tez-tez ağızlarında (məhsulun) nümunələrini daşıyırlar. Rusiya məmurları, deyəsən, kifayət qədər yaxşı peyin satıcılarıdır", - Kirbi əlavə edib.
Onun sözlərinə görə, hücumun yeganə məsuliyyəti İŞİD terrorçularıdır.