“Krokus”da terror aktının sifarişçisi hələ müəyyən edilməyib
Bunu Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov deyib
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov bəyan edib ki, “Krokus”da terror aktının sifarişçisi hələ müəyyən edilməyib.
O qeyd edib ki, "Moskva vilayətində törədilən terror aktında Kiyevin əli olması barədə ilkin məlumat daxil olub. Ukraynanın Yaxın Şərqdə yaraqlılara təlim keçdiyini bilirik".
Xatırladaq ki, Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib ki, "Crocus"dakı terror aktının arxasında Ukrayna dayanır".
O, jurnalistlərin insidentin arxasında İŞİD, yoxsa Ukraynanın dayanması ilə bağlı sualını cavablandırarkən “Əlbəttə, Ukrayna!” deyib.