XƏBƏRLƏR / Terror

Somalidə prezident Həsən Şeyx Mahmudun korteji partladılıb

Prezidentin vəziyyəti haqda məlumat verilmir FOTO

Somalidə prezident Həsən Şeyx Mahmudun korteji partladılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Somalidə prezident Həsən Şeyx Mahmudun korteji partladılıb.

    Onun vəziyyəti hələ ki, məlum deyil. Moqadişoda prezident sarayının yaxınlığında partlayış baş verib.

    Hücuma görə məsuliyyəti Sələvi terror qruplaşması "Əl-Şəbab" öz üzərinə götürüb.

    Xatırladaq ki, Somali Prezidenti Həsən Şeyx Mahmud 11-13 fevral 2025-ci il tarixində Azərbaycanda rəsmi səfərdə olub