Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində yeni əməliyyat keçirib.
Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.
Qeyd olunub ki, əməliyyat nəticəsində altı terrorçu öldürülüb.
“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz dəmir yumruğu terrorçuların üzərinə endirməyə davam edir. Bölgədə bircə terrorçu da qalmayanadək əməliyyatlarımız qətiyyətlə davam edəcək”, - paylaşımda bildirilib.