XƏBƏRLƏR / Terror

Türkiyə ordusu İraq və Suriyada daha yeddi terrorçu öldürüb

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib

Türkiyə ordusu İraq və Suriyada daha yeddi terrorçu öldürüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyatlar keçirib.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, əməliyyatlar nəticəsində İraqın şimalındakı Asos bölgəsində PKK terror qruplaşmasının üç üzvü öldürülüb.

    Həmçinin, Suriyanın şimalında Fırat Kalkanı və Zeytun budağı bölgələrində PKK/YPG terror qruplaşmasının 4 üzvü zərərsizləşdirilib.