XƏBƏRLƏR / Terror

Nigeriyada baş verən partlayışlarda azı 18 nəfər ölüb

BBC xəbər verir

Nigeriyada baş verən partlayışlarda azı 18 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Nigeriyanın şimal-şərqindəki Borno əyalətində törədilən silsilə partlayışlar nəticəsində azı 18 nəfər ölüb, 30 nəfər yaralanıb.

    Bu barədə BBC xəbər verib.

    Ştatın fövqəladə hallar idarəsi agentliyi bildirib ki, şübhəli kamikadzelər Qvoza şəhərində toy, dəfn mərasimi və xəstəxanaya hücum ediblər.

    Borno əyaləti iki milyondan çox insanı didərgin salan və 40 mindən çox insanın ölümünə səbəb olan "Boko Haram" silahlılarının 15 ildir davam edən qiyamının mərkəzində olub.

    "Boko Haram" 2014-cü ildə Borno əyalətinin Çibok şəhərindən 270-dən çox məktəbli qızı qaçırmışdı.

    Səlahiyyətlilər şənbə günü 18 ölümün təsdiqləndiyini, ölənlərin içərisində uşaqların, böyüklərin və hamilə qadınların olduğunu deyiblər.

    Bəzi yerli media orqanları qurbanların sayının daha çox olduğunu bildirib - Nigeriyanın "Vanguard" və "This Day" qəzetləri partlayışlarda ən azı 30 nəfərin öldüyünü bildirib.

    Hərbçilər tərəfindən komendant saatı tətbiq edilib.

    Hücumlara görə məsuliyyəti heç kim üzərinə götürməyib.