"Haniyənin qisasını almaq İranın borcudur..." YENİLƏNİB
Bunu İranın ali lideri ayətullah Əli Xamenei deyib
14:00
Xamenei X sosial şəbəkəsində də paylaşım edib.
"Cinayətkar, terrorçu sionist rejim əziz qonağımızı ərazimizdə şəhid edib, kədərimizə səbəb olmaqla yanaşı, həm də ağır cəza üçün zəmin hazırlayıb."
***
12:49
İsmayıl Haniyənin qisasını almaq İranın borcudur.
Bunu İranın ali lideri ayətullah Əli Xamenei deyib.
Onun sözlərinə görə, bunun səbəbi İsmayıl Haniyənin İran torpaqlarında şəhid olmasıdır: “Haniyəni qətlə yetirməklə İsrail özü üçün ağır cəzaya zəmin yaratdı”.
Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.