XƏBƏRLƏR / Terror

Pakistanda polis bölməsinin qarşısında terror aktı: 14 ölü

Bu barədə "Dawn" qəzeti əluat yayıb FOTO

Pakistanda polis bölməsinin qarşısında terror aktı: 14 ölü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Dawn" qəzetinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən verdiyi məlumata görə, Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində polis bölməsinin qarşısında törədilən intiharçı partlayışı nəticəsində 14 nəfər ölüb, 20 nəfər yaralanıb.

    Svat Rayon Polis Rəisi Ömər Xanın sözlərinə görə, intiharçı polis bölmənin girişində onu saxlamağa və axtarış aparmağa çalışdıqdan sonra partlayıcı qurğunu işə salıb.

    Partlayış Kabal Çovk yaxınlığında baş verib. Həmin vaxt Svat vadisində terrorçu fəaliyyətinin artmasına etiraz olaraq böyük bir mitinq keçirilirdi.