XƏBƏRLƏR / Terror

Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı saxlanılıb

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb

Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı saxlanılıb.

    Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

    10 ildir Qırmızı Bülletenlə axtarılan FETÖ üzvü B.K. Afyonkarahisarda tutulub.

    15 iyul 2016-cı il tarixində çevriliş cəhdi zamanı Muğlanın Marmaris şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd cəhdi edən xüsusi təyinatlı dəstədə xidmət edən və Qırmızı Bülletenlə axtarılan helikopter pilotu və keçmiş kapitan B.K. Afyonkarahisar Terrorla Mübarizə Şöbə Müdirliyi qrupları tərəfindən saxlanılıb.