Hindistanın paytaxtı Nyu-Delhidə avtomobilin partlaması nəticəsində həlak olanların sayı 12-yə çatıb.
Bu barədə yerli polis məlumat yayıb.
Hadisə noyabrın 10-da tarixi Qırmızı qala yaxınlığında baş verib.
"Daha üç nəfər aldıqları xəsarətlərdən yayıb, nəticədə ölənlərin ümumi sayı 12-yə çatıb", - polis bildirib.
***
09:23
Hindistan hüquq-mühafizə orqanları Yeni Dehlidə avtomobil partlayışını terror aktı kimi qiymətləndirir.
Bu barədə "Reuters" yerli mətbuata istinadən xəbər yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanları ölkənin suverenliyini və bütövlüyünü təhdid edən terrorizmlə əlaqəli hərəkət və fəaliyyətlərin araşdırılması, təqibi haqqında qanun çərçivəsində hərəkət edir.
Noyabr 10-da axşam Yeni Dehlidəki tarixi Qırmızı Qalanın yaxınlığında avtomobil işıqforda partlayıb. Hindistanın daxili işlər naziri Amit Şahın sözlərinə görə, hadisə zamanı 13 nəfər ölüb, 24 nəfər yaralanıb.
Araşdırma aparılır.
Hadisədən sonra Yeni Dehlidə, eləcə də qonşu Uttar-Pradeş ştatında, Mumbayda Bihar, Kerala və bir neçə digər ştatda yüksək həyəcan elan edilib.
1 dəqiqə