Azərbaycan XİN Suriyaya başsağlığı verib
Bu barədə xarici siyasət idarəsi "X" hesabında paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Suriyanın paytaxtı Dəməşqdə Mar St. Elias kilsəsinə edilən terror aktını pisləyib.
Bu barədə xarici siyasət idarəsi "X" hesabında paylaşım edib.
"Qurbanların ailələrinə və əsassız zorakılıq aktından təsirlənən hər kəsə dərin hüznlə başsağlığı veririk. Suriya hökuməti və xalqı ilə həmrəy olduğumuzu bildirir, ekstremizmə qarşı birliyin vacibliyini vurğulayırıq", - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, Suriyada kilsəyə hücum nəticəsində 25 nəfər ölüb, 63 nəfər yaralanıb.