XƏBƏRLƏR / Terror

Mironov: Azərbaycan bayrağı Rusiyanı NATO-dan çox qorxudur

Rusiyada dövlət rəmzlərinin ictimai yerlərdə istifadəsini məhdudlaşdıran qanun layihəsi hazırlanır

Mironov: Azərbaycan bayrağı Rusiyanı NATO-dan çox qorxudur
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiyada "Spravedlivaya Rossiya" partiyasının sədri Sergey Mironov ölkəsi üçün yeni təhlükə tapıb: Azərbaycan bayrağı NATO-dan çox Rusiyanı qorxudur

    Oyuncaq partiyanın lideri bildirib ki, onun parlament fraksiyası digər ölkələrin dövlət rəmzlərinin ictimai yerlərdə istifadəsini məhdudlaşdıran qanun layihəsi hazırlayır.

    Siyasətçinin sözlərinə görə, bu gün Hər kəs, istənilən yerdə istənilən dövlətin bayrağını və ya gerbini asa bilər – istər Ukrayna, istər ABŞ, istərsə də Azərbaycan. Onun fikrincə, bundan “Rusiya ilə birlik hissini hiss etməyən” diasporlar istifadə edir ki, bu da “millətlərarası nifaqın qızışdırılmasına” töhfə verə bilər.

    Bundan başqa Mironov əlumat verib ki,  "Azərbaycan diasporunun rəhbərinin oğlunun saxlanması mənim xahişimlə olub."

    Rusiya Dövlət Dumasının deputatı Sergey Mironov bildirib ki, Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu məhz onun xahişi ilə saxlanılıb.

    O, həmçinin əlavə edib ki, Rusiyadakı bütün Azərbaycan diasporunun, o cümlədən Moskvanın “Sadovod” və “Fod City” bazarları kimi iri obyektlərin yoxlanılmasını gözləyir.

    "Bu, yalnız başlanğıcdır" Mironov deyib.