XƏBƏRLƏR / Terror

Pakistanda terror aktı: ölənlər və yaralananlar var FOTO

Məlumatı İranın İRNA agentliyi yayıb

Pakistanda terror aktı: ölənlər və yaralananlar var FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünən Pakistanın Bəlucistan əyalətində törədilmiş terror hücumu nəticəsində azı 14 nəfər həyatını itirib, 35 nəfər isə yaralanıb.

    Partlayış Bəlucistan Milli Partiyasının yüzlərlə tərəfdarının toplaşdığı stadionun parklanma sahəsində baş verib. Hadisə zamanı ərazidə böyük izdiham olduğu bildirilir.

    Hücuma görə məsuliyyəti hələlik heç bir silahlı qruplaşma öz üzərinə götürməyib. Hadisə ilə bağlı araşdırma başladılıb və təhlükəsizlik tədbirləri gücləndirilib. (IRNA)