XƏBƏRLƏR / Terror

“Crocus City Hall”un bərpası ilə bağlı yekun qərar yoxdur

Bunu Emin Ağalarov “Rossiya 24” kanalına müsahibəsində bildirib VIDEO

“Crocus City Hall”un bərpası ilə bağlı yekun qərar yoxdur
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Crokus City Hall”un bərpası ilə bağlı yekun qərar yoxdur.

    Bunu Azərbaycan əsilli iş adamı Emin Ağalarov bildirib.

    VIDEO

    “Biz Putinin, qubernatorun və ictimaiyyətin fikirlərini rəhbər tuturuq”, deyə martın 22-də terror aktının baş verdiyi “Crocus City Hall” konsert salonunun sahibi vurğulayıb.

    Emin Ağalarov əlavə edib ki, “Crocus City Hall”a bənzər konsert zalının tikintisi üçün ən azı 150 milyon dollar lazımdır: "Xatırladığım qədər, 15 il əvvəl "Crocus City Hall"un tikintisi atam Araz Ağalarova 70 milyon dollara başa gəlib. Bu gün hesab edirəm ki, 150 milyon dollardan aşağı qiymətə belə bir zalı tikmək mümkün deyil”

    Bundan əlavə Emin qeyd edib ki, "terror aktından sonra “Crocus City Hall”da təxliyə çıxışları normal işləyib, lakin insanlar qaçarkən işçilər üçün bağlı qapılara rast gəliblər".

    Onun sözlərinə görə, “Crocus City Hall”da kifayət qədər yanğın çıxışı var: “Qapıların bağlı olduğu yerlərdə isə bunlar yanğın çıxışları deyil - bunlar xidməti otaqlardır. Həmin qapılar kartlarla açılır və buna yalnız şəxsi heyətə icazə verilirdi. Dəhşət və qorxu içində olan insanlar isə hər hansı çıxış yolu axtarıblar. Təxliyə çıxışları nəinki normal işləyirdi, videoya qayıtsaq, atışma başlayanda zalda hələ də insanların olduğu bir video var. Terrorçuların hələ də atəş açdığı eyni video var. Lakin həmin videoda zal demək olar ki, boşdur. Bu, təxminən altı min insanın binanı tərk etdiyini göstərir... “Crocus City Hall” qonaqlarının çoxu binanı tərk etməyi bacarıb”.