İran yenidən proksi qüvvələrini silahlandırmağa çalışır
Bu barədə "The Wall Street Journal" nəşri xəbər yayıb

"The Wall Street Journal" nəşri Yəməndə “Ənsar Allah” (husilər) hərəkatı üçün İrana məxsus silahları daşıyan yük gəmisinin, Suriyada isə Hizbullah üçün nəzərdə tutulmuş başqa bir silah yükünün ələ keçirildiyini yazıb.
İran komandirlərinin İsrailin hücumlarında və ABŞ-nin nüvə obyektlərinə qarşı həyata keçirilən hücumlarda intensiv zərbələr alması nəticəsində İranın proksi qüvvələrinin zəiflədiyi vurğulanır.
Qeyd olunub ki, yeni silahların ələ keçirilməsi Tehran tərəfindən proksi qüvvələrin yenidən silahlandırıldığını göstərir.