XƏBƏRLƏR / Terror

Şərif İslamabaddakı terrora görə Hindistanı suçladı

Pakistan Hindistanla sərhədə hərbi hissələr yerləşdirib

Şərif İslamabaddakı terrora görə Hindistanı suçladı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistanın Baş naziri Şahbaz Şərif İslamabaddakı terror lpartlayışına  görə Hindistanı günahlandırır

    Pakistanın Baş naziri Şərif bu gün İslamabadda məhkəmə binasının yaxınlığında baş verən partlayışa, eləcə də 10 noyabrda Pakistan-Əfqanıstan sərhədində yerləşən Vana şəhərindəki hərbi akademiyaya edilən hücuma görə Hindistanı günahlandırdı.

    O, "Əfqan Talibanının Hindistanın təmsilçisi kimi çıxış etdiyini" söylədi. Pakistanın baş naziri vurğuladı: "Terrorizm aradan qaldırılana qədər onlara qarşı müharibəni davam etdirəcəyik".

    İki ölkə arasında davam edən gərginlik fonunda Pakistan Hindistanla sərhədə hərbi hissələr yerləşdirib.