İslamabadda güclü partlayış, azı 12 ölü, 20 yaralı FOTO
Partlayışın terror məqsədilə törədildiyi istisna edilmir
Pakistanın paytaxtı İslamabadda məhkəmə binası yaxınlığında partlayış baş verib.
Pakistan mətbuatı xəbər verir ki, hadisə nəticəsində həyatını itirənlərin sayı 12, xəsarət alanların sayı isə 21 nəfərə çatıb.

Yerli polisin bildirdiyinə görə, partlayış məhkəmə binasının yaxınlığında park edilmiş maşının içərisində baş verib.
İlkin araşdırma partlayışın, ehtimal ki, park edilmiş nəqliyyat vasitəsinin içərisinə yerləşdirilmiş qaz balonunun partlaması nəticəsində baş verdiyini göstərir.
Partlayışın terror məqsədilə törədildiyi istisna edilmir.

Faktla bağlı araşdırma aparılır, ölü sayının artacağı gözlənilir.
Xatırladaq ki, ötən gün Hindistanda da eyni tipli hadisə baş vermiş və nəticədə 13 nəfər ölmüş, xeyli sayda insan yaralanmışdı.
1 dəqiqədən az